BP ABŞ tarixində ən iri cərimə ödəyəcək

BP ABŞ tarixində ən iri cərimə ödəyəcək

British Petroleum kompaniyası ABŞ tarixində rekord cərimə ödəyəcək. Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyindən bildirilib. Euronews telekanalı xəbər verir ki, qurumun başçısı Loretta Linç söhbətin 20 milyard dollardan, mülki və cinayət iddiaları üzrə kompensasiyalardan, həmçinin 2010-cu ildə Meksika körfəzindəki "Deepwater Horizon" neft platformasında baş verən partlayışın nəticələrinin aradan qaldırılması xərclərindən getdiyini vurğulayıb.

Ödəniləcək cərimələr qəza nəticəsində zərər görən yaşayış məntəqələrinin bərpasına, əsasən də ətraf mühitin yaxşılaşdırılmasına və regionun iqtisadiyyatının stimullaşdırılmasına yönəldiləcək.

Xatırladaq ki, ABŞ tarixində ən iri neft sızması nəticəsində 1300 mil uzunluğunda sahil xətti çirklənmiş, platformanın 11 işçisi isə həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə