Mərkəzi Bank: “Rəqəmlər sıfırı göstərir, qızılımız yoxdur”
"Ermənistanın qızıl ehtiyatı tükənib və rəqəmlər sıfırı göstərir". SİA-nın xəbərinə görə, bu fikirləri Ermənistanın Mərkəzi Bankının sədr müavini Nerses Yeritsyan ölkəsinin parlamentindəki çıxışında etiraf edib. Lakin erməni bankir Sarkisyan rejiminə təsəlli verməyi də unutmayıb. Onun sözlərinə görə, guya Ermənistan bu kimi vəziyyətə düşən tək ölkə deyil. Ancaq buna baxmayaraq, o reallıqdan kənar çıxış edə bilməyərək, yenidən ölkəsinin qızıl ehtiyatının olmamasını aşkar şəkildə bildirib: "Təbii ki, diversifikasiya labüddür və mən hazırkı vəziyyətin yaxşı, ya da pis olması barədə nəyi isə sübut etmək istəmirəm. Sadəcə fakt budur ki, bizdə qızıl ehtiyatı artıq yoxdur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB