İndoneziyada yoxa çıxmış təyyarə cəngəllikdə tapılıb

İndoneziyada yoxa çıxmış təyyarə cəngəllikdə tapılıb

İndoneziyada oktyabrın 2-də radarlardan itmiş "Aviastar" şirkətinə məxsus təyyarə tapılıb. Aydın olub ki, o, çətin keçilən dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olanların hamısı – üç ekipaj üzvü və ikisi uşaq olmaqla yeddi sərnişin həlak olub. Təyyarə üç volontyor tərəfindən tapılıb. İlkin ehtimala görə, layner vaxta qənaət etmək üçün marşrutu dəyişib.

İstintaq müddətində təyyarənin məxsus olduğu "Aviastar" şirkətinin bütün hava gəmilərinin uçuşlarının dayandırıldığı bildirilir.

Xəbər verdiyimiz kimi, "Twin Otter" təyyarəsi Masamba-Makassar reysini həyata keçirirdi. Onunla əlaqə nəzərdə tutulan eniş vaxtına 30 dəqiqə qalanda kəsilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə