Lujniki stadionu yanır

Keçmiş SSRİ-nin ən böyük stadionlarından biri və birincisi olan "Lujniki" stadionunda yanğın baş verib. Rusiya mətbuatının verdiyi məlumata görə, DÇ-2018-in oyunlarını qəbul etmək məqsədiylə 2013-cü ildən təmirə bağlanan nəhəng arenada hazırda yenidənqurma işləri gedir. Yanğının da məhz təmir zamanı baş verdiyi bildirilir.

Stadiona cəlb olunan yanğınsöndürənlər tez bir zamanda alovu söndürüb. İtkiylə bağlı məlumat verilmir. Sonuncu dəfə 2004-cü ildə müasirləşdirilən arena Rusiyanın ən böyük stadionu hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə