Türkiyənin Xarici İşlər Naziri Feridun Siniroğlu NATO-nun baş katibi Cens Stoltenberq ilə görüşüb. Görüş zamanı Rusiyanın qeyri-qanuni Türkiyənin hava ərazisinə daxil olması məsələsinə və Suriyadakı hadisələrə toxunulub. SİA-nın verdiyi məlumata görə, Baş katib Stoltenberq bildirib ki, NATO bu məsələ ilə bağlı tamamilə Türkiyəni dəstəkləyir.
Stoltenberq bunu qəbul edilməsi mümkünsüz bir addım kimi qiymətləndirib: "Rusiyanın belə hərəkətlərə yol verməsi bölgədə sabitliyi və ya təhlükəsizliyi təmin etmir".
NATO ilə yanaşı ABŞ-ın Müdafiə naziri Eş Carter də bu hadisə ilə bağlı Türkiyəyə dəstək verdiyini açıqlayıb. İngiltərənin Daxili İşlər naziri Filipp Hammond isə "twitter" profilindən bu sözləri paylaşıb: "Rusiya Türkiyənin hava ərazisinə icazəsiz daxil olmaqla riskli olan vəziyyəti daha da ciddiləşdirib. Rusiyanın Daxili İşlər Nazirliyinə müraciət edərək bu hərəkətlərdən əl çəkmələrini istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB