ABŞ prezidenti Barak Obama və ABŞ-ın keçmiş xarici işlər naziri Hilari Klinton arasında Suriya ilə bağlı yaranan mübahisəsi daha da böyüyür. Bununla bağlı Klinton və onun tərəfdaşları Obamanı sərt ittiham ediblər. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Klinton Obamanı bölgəyə uçuş qadağası qoymamaqda günahlandırıb.
Klinton televiziya çıxışı zamanı bildirib ki, dərhal bölgəyə səfər edən təyyarələr dayandırılmalı və uçuş qadağası qoyulmalıdır. Siyasətçi qadın başqa bir çıxışında bəyan edib ki, Obama müxalifətçi qüvvələri vaxtında silahlandırmayıb və bununla bağlı Obamanı tənqid atəşinə tutub.
O, Obamanın yürütdüyü xarici siyasətlə bağlı da fikir bildirib: "Obama axmaqca bir addım atılmasın deyə çox tərtibli hərəkət etdiyini düşünür. Lakin bu siyasi xətti çoxlarında müşahidə etmişik. Ona görə də burada yeni heç nə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB