Əsəd: "Suriya məhv olacaq"

Suriya dövlət başçısı Bəşər Əsəd verdiyi açıqlamada bildirib ki, ölkədə və İraqda ittifaq qüvvələri tərəfindən həyata keçirilən hava əməliyyatları müvəffəqiyyətsiz olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əsədin fikrincə yalnız Rusiya, Suriya, İran və İraq birləşdikdən sonra müəyyən dərəcədə hərbi uğura imza atıla bilər.

Əsəd qeyd edib ki, əgər bu müvəffəqiyyətsizlik davam edərsə, Suriya məhv olacaq: "Müttəfiq qüvvələr öz hücumlarında qətiyyətli mövqe nümayiş etdirməlidirlər. Onlar öz hücumlarında daha uğurlu olmalıdırlar. Əgər növbəti hücumda uğursuzluqla nəticələnsə, bütün bölgə yıxım qarşısında qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə