Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, iyulun 22-dən bu günə qədər 2 mindən çox PKK terrorçusu öldürülüb. SİA-nın məlumatına görə, Türkiyənin Daxili İşlər naziri Səlami Altınok verdiyi bəyanatda bildirib ki, Türkiyə Respublikası hər bir hər şeyi qanuna uyğun olaraq həyata keçirir.
Onun sözlərinə görə, iyul ayının 22-dən bu günə qədər 2 min 483 terror aktı meydana gəlib və buna qarşı Türkiyə Silahlı qüvvələri tərəfindən 4 min 323 əməliyyat həyata keçirilib. Əməliyyatlar zamanı 2 mindən çox PKK terrorçusu həlak olub.
PKK terrorçularının bəzi bölgələri "şəhidlik" adlandırması ilə bağlı danışan Altınok qeyd edib ki, bu günə qədər qarşımıza çıxanların hamısını yıxdıq və bundan sonra qalanlar varsa onları da yıxacağıq: "Şəhidlik və qəbiristanlıq adlandırdıqları bölgələrdən isə 35 ədəd kalaşnikov tapdıq. Onun da deyim ki, kalaşnikovla namaz qılmırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB