Fransanın cənub-şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların hamısı oktyabrın 4-nə keçən gecə həlak olub. France-Presse agentliyi xəbər verir ki, üç nəfər Antib şəhəri yaxınlığındakı qocalar evini su basması nəticəsində, bir nəfər Kann şəhərində həlak olub.
Yanğın xidməti nümayəndəsinin verdiyi məlumata görə, Braq çayı məcrasından çıxıb, Antib şəhərinin yaxınlığındakı rayonlar su altında qalıb. Əraziyə iki xilasedici helikopter cəlb olunub.
Kann meri şəhərdə fövqəladə vəziyyət elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB