Bəhreynin İrandakı səfiri arzuolunmaz şəxs elan edilib

Bəhreynin İrandakı səfiri arzuolunmaz şəxs elan edilib

Bəhreynin İrandakı səfiri arzuolunmaz şəxs ("persona non qrata") elan edilib. İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Bəhreyn İrana qarşı irəli sürdüyü yalan və böhtan xarakterli iddialara görə bu dövlətlə diplomatik əlaqələrə son qoyur. İran Bəhreynin ölkədəki səfiri Besam Delhan əl-Doserini arzuolunmaz şəxs elan edir və ondan 72 saat ərzində İran ərazisini tərk etməyi tələb edir.

Xatırladaq ki, Bəhreynin xarici işlər naziri BMT Baş Assambleyasının 70-ci sessiyasında baş katibə İran barəsində şikayət təqdim edərək rəsmi Tehranı başqa dövlətlərin daxili işinə qarışmaqda ittiham edib. İran isə bu iddiaları əsassız hesab edərək Bəhreynin səfirini ölkədən qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə