“Normand dördlüyü”: Ukraynaya dair Minsk sazişi qüvvədə qalır

“Normand dördlüyü”: Ukraynaya dair Minsk sazişi qüvvədə qalır

Fransanın paytaxtında "Normand dördlüyü"nün danışıqları 5 saat çəkib. Almaniya, Ukrayna, Fransa və Rusiya liderləri əvvəlcə dördlükdə, sonra isə geniş formatda Minsk sazişinin reallaşmasının nəticələrini və perspektivlərini müzakirə ediblər. Euronews telekanalı xəbər verir ki, danışıqların əsas mövzusu qondarma Donetsk və Luqansk respublikalarında oktyabrın 18-nə təyin edilmiş yerli seçkilərin keçirilməsi olub. Sammitdə Ukraynanın şərqindəki münaqişənin nizamlanmasında, xüsusən təhlükəsizliyin təminatında və mübahisəli ərazilərin statusunun müəyyənləşdirilməsində irəliləyiş baş verdiyi qeyd edilib.

Görüşdə, həmçinin oktyabrın 3-dən başlayaraq yüngül silahların münaqişə zonasından geri çəkilməsi barədə razılıq əldə olunub. Bu gün səhər münaqişə tərəflərinin müvafiq addımlar atdığı barədə xəbərlər yayılıb.

Sammitdə hər hansı birgə sənəd və bəyanat qəbul olunmayıb.

Rusiya Prezidenti Vladimir Putin Yelisey sarayını jurnalistlərlə görüşmədən tərk edib.

Görüşdən sonra mətbuatın suallarını cavablandıran Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Olland neytrallığı maksimum gözləməyə çalışıb və birmənalı cavablardan yayınıblar. Onların sözlərindən belə çıxıb ki, Minsk sazişi qüvvədə qalır, amma müddətlər geri çəkilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə