ABŞ prezidenti Barak Obama Suriyanın şahmat taxtası olmadığını bildirib və qeyd edib ki, burada yeni bir müstəmləkə mübarizəsinin başladılmasına icazə verməyəcək. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Obama bildirib ki, Rusiyanın Əsəd rejiminə dəstək olması yeni bir fəlakətə səbəb olacaq və Rusiya dibi görünməyən bir bataqlığa yuvarlanacaq.
Ağ Evdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandıran Obama bildirib ki, Rusiya bölgəyə müdaxilə etməklə heç bir uğur qazanmır, sadəcə olaraq diqqət çəkir: "Hazırda biz Türklər və digər müttəfiqlərimizlə birgə çalışaraq Suriya sərhədində təhlükəsiz ərazi qurmaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB