ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiyanın Əsəd rejiminə dəstək olma məqsədilə Suriyaya hücum etməsi İŞİD-i daha da gücləndirir. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Obama qeyd edib ki, Rusiya Əsədə qarşı olan bütün qüvvələri terrorçu olaraq görür. Onun sözlərinə görə, Rusiya İŞİD-lə daha mülayim İslamçı müxalifətçilər arasında fərq qoymur və bu fəlakətin başlanğıcı ola bilər.
Obama Suriyadakı vəziyyəti belə səciyyələndirdi: "Problem Əsədin ona qarşı olan qüvvələrə zülm verməsidir. Rusiya isə Əsəddən bezən və ona nifrət edən hər kəsi məhv edir. Buna görə də biz Rusiya ilə heç vaxt əməkdaşlıq etməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB