"Forbes" jurnalı ABŞ-ın 400 ən varlı adamının növbəti reytinqini dərc edib. "TheRunet" saytı xəbər verir ki, reytinqə görə, "Microsoft" korporasiyasının həmtəsisçisi Bill Qeyts yenidən liderdir. Onun var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilib. 400 ən varlı amerikalı reytinqinə çoxlu sayda xarici informasiya texnologiyaları mütəxəssisləri daxil olub. Belə ki, liderlər üçlüyündə B.Qeytslə yanaşı, "Oracle" şirkətinin təsisçisi və rəhbəri Larri Ellison yer alıb. O, "Forbes" siyahısında 47,5 milyard dollarlıq sərvətlə üçüncü yeri tutub. Ötən il də "Oracle" təsisçisi siyahıda üçüncü olub.
Bu il reytinq onluğunda ilk dəfə "Amazon" şirkətinin baş icraçı direktoru Ceff Bezos və "Facebook" şirkətinin rəhbəri Mark Sukerberq yer alıb. Ən varlı insanların onluğunu "Google" şirkətinin həmtəsisçisi Larri Peyc tamamlayıb. Jurnalın versiyasına görə, onun var-dövlətinin dəyəri 33,3 milyard dollar qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB