MTN-nin nümayəndələri Forumda FOTO

MTN-nin nümayəndələri Forumda FOTO

Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçirilən "6-cı Azərbaycan - Rusiya Regionlararası Forumu"nda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Nazirliyin Turizm şöbəsinin müdir müavini R. Paşayev, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin sədrinin müşaviri M. Ağakərimov, "A La Carte Travel" şirkətinin direktoru N. Usubov və digər şirkətlərin nümayəndələri daxildir.

"6-cı Azərbaycan - Rusiya Regionlararası Forumu" çərçivəsində Azərbaycan və Rusiyanın turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Turizm sahəsində yeni əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masa təşkil edilib. Həmin dəyirmi masanın Azərbaycan tərəfindən həmsədri R. Paşayev Azərbaycanın turizm potensialına həsr təqdimatla çıxış etmişdir. Daha sonra tərəflər iki ölkə arasında turizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Forumun plenar iclasının yekun sessiyasında R. Paşayev "Turizm sahəsində yeni əməkdaşlıq imkanları" mövzusunda keçirilmiş dəyirmi masanın nəticələri ilə bağlı qısa hesabatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə