Şanlıurfadan bitərəf millət vəkili namizədi İbrahim Tatlısəs namizədliyini geri götürüb. SİA-nın məlumatına görə, tanınmış müğənninin bu barədə sabiq iş və sosial təhlükəsizlik naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) Şanurfadan namizədi Faruk Çeliklə də telefonda danışdığı bildirilir. O, telefon danışığında namizədliyini geri götürdüyünü qeyd edib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər noyabrın 1-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB