Tayvanda minlərlə turist təxliyə edilib

Tayvanda minlərlə turist təxliyə edilib

Tayvan adasında çoxunun turist olduğu 3 minə yaxın insan yaxınlaşan "Ducuan" super tayfunu səbəbindən təxliyə edilib. İnterfax informasiya agentliyi xəbər verir ki, yerli hakimiyyət daha çox insanın ərazidən çıxarıla bicəyini qeyd edib. Bundan başqa, 24 min nəfərlik Tayvan ordusu da hazırlıq vəziyyətinə gətirilib.

Bütün ölkə boyu sürət qatarlarının ləngiməsi gözlənilir, təyyarə uçuşları və dəniz əlaqəsi isə yerli vaxtla günortadan etibarən dayandırılıb.

"Ducuan" super tayfununa maksimal təhlükə dərəcəsi verilib. Honkonq rəsədxanasının məlumatına əsasən, küləyin gücü bəzən saatda 227 kilometrə qədər arta bilər. Proqnozlara görə, təbii fəlakət zamanı dalğaların hündürlüyü 13 metrə çatacaq.

Tayfun səbəbindən Yaponiyada da yüzə qədər daxili aviareysin təxirə salındığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə