Uitni Hyustonun qızının ölüm səbəbi bəlli olub

Uitni Hyustonun qızının ölüm səbəbi bəlli olub

Həkimlər amerikalı müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braunun ölüm səbəbini aşkar edib, lakin ekspertlərin rəyi məhkəmə qadağası səbəbindən elan olunmur. RİA Novosti informasiya agentliyi xəbər verir ki, məhkəmə tibbi ekspertizasının bəyanatında detalların aşkar olunmasına qadağanın ali dairə məhkəməsi tərəfindən qoyulduğu qeyd edilir. Həmçinin ekspertizanın nəticələri barədə məlumatın dairə prokuroruna və Rozuell şəhərinin polis departamentinə təqdim olunduğu bildirilir.

Xatırladaq ki, 23 yaşlı Bobbi Kristina Braun bir neçə ay komada qaldıqdan sonra iyulun 26-da Corciya ştatının xəstəxanasında dünyasını dəyişib. O, yanvarın 31-də nişanlısı Nik Qordon tərəfindən huşsuz vəziyyətdə tapılmış və xəstəxanaya aparılmışdı.

Məşhur müğənni Uitni Hyustonun yeganə qızı avqustun 3-də ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Feyrbyu qəbiristanlığında, anasının yanında dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə