İsveçrə Federal Rəqabət Komissiyası İsveçin yeddi bankı ilə bağlı istintaq işi başladıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən banklar dəyərli metalların qiymətlərini manipulyasiya etməkdə günahlandırılır.
Bu barədə məlumat komissiyanın rəsmi saytında verilib.
Məlumata görə, banklar qızıl, gümüş, platin və palladium kimi dəyərli metalların qiymətləri ilə bağlı qeyri qanuni müqavilələr imzalayıb.
Haqqında istintaq başladılan banklar arasında İsveçrənin ən böyük banklarından olan "Bank UBS", "Julius Baer", "Deutsche Bank", "Bank HSBC", "Barclays", "Morgan Stanley", "Mitsiu"-nun da adı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB