Finlandiyaya üz tutan miqrantlar ölkəni bəyənməyərək buranı tərk ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, miqrantlar Finlandiyanın "soyuq və sıxıcı" olduğunu bildiriblər.
Bu hadisə çox böyük təəccüblə qarşılanıb. Mətbuata danışan 22 yaşlı Suriyalı Məhəmməd bildirib ki, miqrantlar Finlandiyanı bəyənməyib: "Bura çox soyuqdur, çay yoxdur, restoran yoxdur və küçələrdə maşınlardan başqa heç kim yoxdur".
Məhəmməd bildirib ki, tezliklə buranı tərk etmək istəyir. Sadəcə Məhəmməd yox, buraya köç etmiş bir çox miqrant ölkədən çıxıb İsveçə getmək istəyir.
Finlandiya İmmiqrasiya Xidmətinin başçısı Esko Repo bildirib ki, keçən həftə ölkəyə köçmək istəyən 200 miqrantın müraciəti geri çəkilib.
Qeyd edək ki, bu il ərzində Finlandiya 14 mindən çox miqrant qəbul edib və il sonuna qədər bu 30 min ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB