"Shell" ziyana düşdü

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan "Royal Dutch Shell" Şimal Qütbündə, ABŞ-ın Alyaska ştatındakı neft və təbii qaz axtarışlarını dayandırıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, şirkət buradakı neft axtarışları ilə bağlı milyardlarca dollar ziyana düşüb. Buna səbəb isə qazılan quyularda kifayət qədər enerji ehtiyatının tapılmaması və xərclərin yüksək olmasıdır.

Qeyd edək ki, ABŞ-ın Daxili İşlər Nazirliyi nəzdində qurulmuş Təhlükəsizlik və Ətraf Mühitin Tətbiqi Bürosu 17 avqustda şirkətə neft və təbii qaz axtarışları ilə bağlı səlahiyyət vermişdi. Prezident Obama isə bu layihəyə dəstəkləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə