AŞPA-nın sessiyası öz işinə başlayır

AŞPA-nın sessiyası öz işinə başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası öz işinə başlayır. SİA-nın xəbərinə görə, oktyabrın 2-ə qədər davam edəcək sessiyanın gündəliyində dayanan əsas məsələ Avropada miqrant böhranıdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun "Demokratik cəmiyyətdə birgə yaşamaq və din azadlığı" barədə hesabatı dinləniləcək.

Assambleya növbəti 5 il müddətinə baş katibini seçəcək. Hazırda bu vəzifəni Voytsex Savitski icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə