Yaponiyanın cənubunda Okinava prfekturasında "Ducuan" fırtınasının yaxınlaşması ilə əlaqədar əhaliyə xəbərdarlıq olunub. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiya Meteorologiya İdarəsi qasırğanın mərkəzi küləyinin sürətinin saniyədə 50 metrə çatdığını bildirib.
Tropik qasırğası günün sonunadək Sakişima adasına çatacaq və həmin ərazidə dalğaların hündürlüyü 10 metri keçəcək.
"Ducuan" fırtınası nəticəsində leysan yağışlar yağacaq və yağıntı bəzi yerlərdə 150 millimetr təşkil edəcək. Tropik fırtına Yaponiya ərazisini tərk etdikdən sonra Tayvana tərəf yönələcək.
Kiçik gəmilərə dənizə çıxmamaq və təhlükəsiz yerdə dayanmaq tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB