Səudiyyə Ərəbistanın Məkkə şəhərinin Mina dağında baş verən izdihamda ölənlərin sayı artıb. SİA-nın "Euronews"-a istinadən verdiyi xəbərə görə, izdihamda ölənlərin sayı 753-ə, yaralıların sayı isə 887 nəfərə çatıb.
Səudiyyə Ərəbistan rəhbərliyinin verdiyi açıqlamada bildirilib ki, hadisə ilə bağlı hərtərəfli istintaq işi aparılacaq.
Səudiyyə Ərəbistan kralı Səlman bin Əbdüləziz hacıların ən rahat və etibarlı şəkildə öz həcc ziyarətlərini yerinə yetirmələri üçün lazımi tədbirlərin görülməsi haqda təlimatlar verdiyini açıqlayıb.
Qeyd edək ki, son 40 il ərzində həcc mövsümü zamanı baş verən qəzaların 15-dən 8-i "şeytan daşlama" nəticəsində meydana gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB