İsveçin Baş naziri qaçqın problemini yaradan səbəblərdən danışdı

İsveçin Baş naziri qaçqın problemini yaradan səbəblərdən danışdı

İsveçin Baş naziri Stefan Löven Brüsseldə jurnalistlərə müsahibəsində deyib ki, Avropa İttifaqı ölkələrində təkcə qaçqınlara kömək etməklə kifayətlənmək deyil, həm də Avropaya miqrant axınının yaratdığı böhranın səbəblərinin aradan qaldırılmasında daha çox fəal olmaq lazımdır.

"Biz indi növbəti addımı atmalıyıq – insanların istər Suriyadan, istərsə də Afrika ölkələrindən qaçmalarının səbəblərini araşdırmalı və aradan qaldırmalıyıq. Əlbəttə, bizə xarici sərhədlərdə nəzarət lazımdır, lakin bununla yanaşı, qaçqın axınını, məsələn, Suriyadakı müharibənin yaratdığı böhranı aradan qaldırmaqda fəal olmalıyıq", - deyə Stefan Löven qeyd edib.

Qeyd edək ki, İsveç qəbul etdiyi qaçqınların sayına görə lider ölkələrdən biridir. Bu isə hökumət orqanlarına problem yaradır və ölkədə sol radikal antimiqrant siyasi partiyaların daha çox populyarlaşmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə