Mina dağında həlak olan zəvvarların sayı 717-yə çatıb

Mina dağında həlak olan zəvvarların sayı 717-yə çatıb

Sentyabrın 24-də Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində həlak olan zəvvarların sayı 717-yə, yaralananların sayı isə 805-ə çatıb. Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, hadisə yerində çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları işləyir.

Xatırladaq ki, bu il Həcc ziyarətində 2 milyon zəvvar iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə