Prezident vəzifə başına qayıdacaq

Prezident vəzifə başına qayıdacaq

Ötən həftə hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılan Burkina-Fasonun müvəqqəti prezidenti Mişel Kafando vəzifəsinin icrasına qayıdacaq. Bu barədə qiyamçıların lideri, demokratiya milli şurasının rəhbəri briqada generalı Jilber Döndre məlumat verib.

Sentyabrın 22-də Nigeriyanın paytaxtı Abuca şəhərində Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin Burkina-Fasodakı vəziyyətlə bağlı fövqəladə sammiti keçirilib. Sammitin ardından Seneqal, Toqo, Benin və Nigeriya prezidentləri böhranın həll edilməsi üçün vasitəçi missiyası ilə Burkina-Fasoya getmək niyyətində olduqlarını bəyan ediblər. Üsyançıların lideri general Jilber Döndre isə öz növbəsində dialoqu davam etdirmək istədiyini və böhranın sülh yolu ilə həllinə çalışdığını bildirib.

Xatırladaq ki, Burkina-Fasoda keçid dövrü keçən ilin payızında prezident Blez Kompaore rejiminin hakimiyyətdən getməsindən sonra başlayıb. Yeni seçkilərin keçirilməsi oktyabr ayına təyin olunsa da, sentyabrın 16-da ölkənin ali rəhbərliyinin fəaliyyətindən narazı qalan respublika ordusunun bir qrup zabiti müvəqqəti prezident Mişel Kafandonu, həmçinin Baş nazir İsaak Zidanı və hökumət üzvlərini girov götürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə