Sentyabrın 23-də İndoneziyanın paytaxtı Cakarta şəhərinin dəmir yolu stansiyasında iki qatarın toqquşması 40 nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə axşam saatlarında, nəqliyyatda daha çox sərnişin olduğu zaman Cuanda stansiyasında baş verib. Stansiyaya daxil olan qatarlardan biri öndəki qatarı arxadan vurub. Nəticədə həmin qatarın maşinisti idarəetmə kabinəsində sıxılaraq qapalı vəziyyətə düşüb və yalnız xilasedicilər işə qarışdıqdan sonra xilas edilib.
ANTARA informasiya agentliyinin yaydığı məlumata görə, xəsarət alanların əksəriyyəti qadındır. İndoneziyada birinci və sonuncu vaqonlar əsasən qadınlar üçün nəzərdə tutulur.
Xəsarət alanların yaxınlıqdakı xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB