Tsipras yenidən Yunanıstanın baş naziri oldu

SİRİZA seçkilərdə 35,47% səs toplayaraq qalib oldu
Tsipras yenidən Yunanıstanın baş naziri oldu

Yunanıstanda keçirilən təcili parlament seçkilərində qalib gələn SİRİZA-nın lideri Aleksis Tsipras yerli vaxt ilə axşam saat 20:00-da prezident iqamətgahında baş nazir kimi and içəcək, İTAR-TASS bildirib.

Dövlət telekanalı "ERT"in verdiyi məlumata görə, bu barədə Tsipras jurnalistlər ilə görüşdə bildirib.

Tsipras həmçinin Yunanıstan prezidenti Prokopis Pavlopulos ilə görüşəcək, prezident ona "Müstəqil yunanlar" (ANEL) partiyası ilə koalisiya hökumətinin yaradılması üçün mandat təqdim edəcək.

Görüşün vaxtı barədə hələlik heç bir məlumat verilməyib.

Nazirlər kabinetinin tərkibi hələlik açıqlanmır.

Yeni hökumətin andiçmə mərasimi çərşənbə günü baş tutacaq, telekanal qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə