Amerikalı ekspert Cim Rikards Çindəki iqtisadi vəziyyəti şərh edərkən bildirib ki, dünyanın ikinci ən böyük iqtisadiyyat mərkəzi olan Çin bazarında neqativ mənzərə bütün dünya iqtisadiyyatına təsir edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Rikards vurğulayıb ki, Çin iqtisadiyyatının 10 faizi özünün durğunluq dövrünü yaşayır.
Onun sözlərinə görə, Çində iqtisadi böyümə dayanıb və əgər iqtisadi böyümə 30 faiz yavaşlassa, bu zaman qlobal Ümumi Daxili Məhsul da 3 faiz azalacaq, bununla da böyümə potensialı sıfır olacaq.
Ekspert bildirib ki, bu çox böyük bir təhlükəyə səbəb ola bilər: "Nəticədə dollar daha da dəyər qazanacaq. Digər pul vahidləri isə öz dəyərini itirəcək. Sadəcə Çində deyil, eyni zamanda Rusiya, Türkiyə, Braziliya və İndoneziyada da xüsusi sərmayənin azalacağı gözlənilir".
Qeyd edək ki, Çin Mərkəzi Bankı avqust ayında ölkənin pul vahidi yuanı devalvasiya etdi. Bankdan verilən açıqlamada bildirildi ki, bu yalnız bir səfərlik atılmış bir addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB