Çipras yenidən Baş nazir seçildi

Çipras yenidən Baş nazir seçildi

Yunanıstanda keçirilən erkən seçkilərdə ən çox səs toplayan Radikal Sol İttifaqın lideri Aleksis Çipras yenidən Baş nazir seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aleksis Çipras Baş nazir vəzifəsinə başlamaq üçün bu gün ölkə prezidenti Prokoris Pavlopulosu ziyarət edib.

Çipras Müstəqil Yunanlılar Partiyası ilə razılaşdığını və parlamentə ən çox səs topladığını bildirib. Prezident Prokoris Pavlopulosun hüzurunda siyasi and içən Çipras artıq bu gündən Baş nazir vəzifəsinə başlayıb.

Məlumata görə Çipraş çərşənbə günü yeni kabinetin tərkibini müəyyən edəcək.

Qeyd edək ki, bundan əvvəl Aleksis Çipras istefa vermiş və erkən seçimə qatılacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə