Ən böyük narkotik plantasiyası aşkarlanıb
İspaniya tarixində ilk

İspaniya polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Albasete şəhəri yaxınlığında 75 min ədəd çətənə kolundan ibarət və ümumi çəkisi 5 ton olan plantasiya aşkarlanıb.

Əldə olunan məlumat əsasında zeytun yetişdirilən kənd təsərrüfatı sahəsinin içində yüksək səviyyədə suvarma sistemi və digər aqrotexniki təminatı olan çətənə plantasiyasını izləyən polis 6 nəfəri həbs edib. İki ispan, üç mərakeşli və bir litvalıdan ibarət cinayətkar qrupun üzvləri narkotik maddələrin istehsalı və böyük həcmdə satışında ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə