“Lufthansa” Avropada birinciliyini qoruyur

“Lufthansa” Avropada birinciliyini qoruyur

Almaniyanın nüfuzlu aviaşirkəti olan "Lufthansa" yenə də Avropada birinciliyini qoruyub. SİA-nın məlumatına görə, "Airportzentrale.de" saytı yazır ki, "Lufthansa" beş il ardıcıl olaraq Avropanın aparıcı aviaşirkəti adına layiq görülüb.

Ekspertlər seçim zamanı xüsusilə aviaşirkətin 22 illik fəaliyyət dövründəki iqtisadi inkişafi və son ildə rəqabətliliyi təmin etmək üçün yeniliklərini yüksək qiymətləndiriblər. Nəticədə münsiflərin rəyi əsasında konsern turizm sahəsi üzrə beynəlxalq "World Travel Awards" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə