Xeyli sayda İŞİD terrorçusu məhv edildi

Xeyli sayda İŞİD terrorçusu məhv edildi

İraq Silahlı Qüvvələri Anbar vilayətində 16 İŞİD terrorçusunu məhv edib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Ər-Ramadi şəhəri yaxınlığında artilleriya hücumu nəticəsində 16 terrorçu məhv edilib, 6-sı yaralanıb. Öldürülən silahlılardan 4-ün qruplaşmada yüksək vəzifə tutduğu bildirilir. Hücum zamanı həmçinin terrorçulara məxsus nəqliyyat vasitələri sıradan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə