Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib ki, əgər Rusiya İŞİD-ə qarşı koalisiyaya qoşulsa, İŞİD bir ay içində məhv olar. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Sarkozi ilə yanaşı ABŞ-dan da Rusiyaya ittifaqa qoşulmaqla bağlı təkliflər gəlir.
"Le Parisien" qəzetinə istinadən verilən məlumata görə, keçmiş prezident Sarkozi bildirib ki, Rusiya olmadan İŞİD-ə qarşı təsirli müqavimət göstərmək qeyri-mümkündür. Onun sözlərinə görə Rusiyanın vasitəçiliyi ilə Suriyanı İŞİD-dən bir-neçə ay ərzində xilas edilə bilər.
Sarkozi sonda qeyd edib ki, bu məsələ dərhal Putinlə müzakirə olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB