Sentyabrın 17-də Əl-Riyad vaxtı ilə saat 12.30 radələrində Məkkə şəhərinin Əl-Əzizyiah rayonunda yerləşən otellərin birində güclü yanğın baş verib. Səudiyyə Ərəbistanının SPA agentliyinin məlumatına görə, otelin 8-ci mərtəbəsində qəfil yaranan alov sürətlə ətrafa yayılıb. Bildirilir ki, həmin oteldə Asiya ölkələrindən olan 1028 zəvvar olub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları gəlib. Hələlik insan itkisi və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB