Ağ Ev spikeri Coş İrnest ABŞ prezidenti Barak Obamanın səbirsizliklə İsrailin Baş naziri Binyamin Netanyahunu gözlədiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama 9 noyabrda İsrailin Baş naziri Binyamin Netanyahunu Ağ Evdə qəbul edəcək.
Ağ Ev spikeri Coş İrnest bildirib ki, bu səfər ABŞ və İsrail arasındakı dərin və qalıcı münasibətlərin göstəricisidir.
İrnest verdiyi yazılı açıqlamada bildirib ki, tərəflər bölgədə baş verən hadisələri müzakirə edəcəklər. Danışıqlarda İranla bağlanan nüvə razılaşması və Tehranda sabitliyi pozan məsələlər müzakirə ediləcək. Spiker Obamanın bu danışıqları 4 gözlə gözlədiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB