Bu gündən etibarən Nizami Kino Mərkəzində "Dabbe 6" və "Labirintdə qaçan: Alovla sınaq" filmlərinin nümayişi başlanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq "Dabbe 6" - qorxu janrında çəkdiyi filmlərə damğasını vuran türk rejissoru Hasan Karacadağın növbəti ekran işidir. Kinolent tamaşaçıları bir daha həyəcan və gərginlikdə saxlayacaq. Filmin sloqanı: "Ey ölümlü, Bu sana 6. Uyarı...!" Yaş həddi: 16+
Həkim olan Zeren və bacısı Ayla bir gecə anidən analarını itirirlər. Ölümün beyin qanamasından baş verdiyinə inanmayan Ayla bu işdə qara qüvvələrin əli olduğunu hesab edir və yanılmır...
Baş rollarda Sema Şimşek, Fehmi Karaarslan, Volkan Ünal Nilay Gök, Ömer Duran, Burak Çimen, Murat Seviş və Elçin Atamgüç çəkiliblər.
Həmçinin, həmin gündən etibarən ABŞ istehsalı olan "Labirintdə qaçan: Alovla sınaq" filminin nümayişi başlanıb. Rejissor Ues Bollun çəkdiyi bu film fantastika, triler və döyüş janrındadır. Sloqanı : "Labirint lakin başlanğıc idi!" Yaş həddi: 12+

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB