ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizədi, milyarder Donald Tramp növbəti çıxışında iddia edib ki, Rusiyanın prezidenti Vladimir Putinlə Suriya və Ukrayna məsələlərində danışıqlar aparıb, ortaq məxrəcə gələ bilməyi bacarardı. SİA xəbər verir ki, prezidentliyə namizəd həmin iddiasını CNN rəhbərliyinin təşkilatçılığı ilə keçirilən növbəti teledebat zamanı səsləndirib. "Mən onunla danışaraq, ümumi razılaşmalar əldə etməyin mümkünsüz olduğunu iddia edən tərəflərə tamamilə əksini göstərərdim"-deyə vurğulayan Tramp həmçinin bildirib ki, əgər o prezident olsaydı ABŞ-ın Rusiya və s. ölkələrlə heç bir problemi olmazdı. Respublikaçı namizəd Rusiya ilə yanaşı, Çin və Meksika liderləri ilə də ümumi razılaşma əldə edə biləcəyini deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB