BƏƏ-nin daha bir hərbi qulluqçusu həlak olub

BƏƏ-nin daha bir hərbi qulluqçusu həlak olub

Yəməndə keçirilən hərbi əməliyyatların gedişində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daha bir hərbi qulluqçusu həlak olub. BƏƏ-nin WAM rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, bu, son iki gündə ikinci hadisədir.

Agentlik bildirir ki, sentyabrın 13-də Səudiyyə Ərəbistanı başda olmaqla Ərəb koalisiyasının uğurlu hücum əməliyyatı zamanı Marib əyalətində Əmirliklərin silahlı qüvvələrinin daha bir hərbi qulluqçusu həlak olmuşdu.

Xatırladaq ki, iki həftə bundan əvvəl elə həmin Marib əyalətində raket atəşləri nəticəsində Əmirliklərin 45 hərbi qulluqçusu dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə