"İŞİD-lə mübarizəyə gücümüz qalmayıb" ÇAĞIRIŞ

"İŞİD-lə mübarizəyə gücümüz qalmayıb" ÇAĞIRIŞ

İraqın Baş naziri Heydər İbadi İŞİD-lə mübarizədə lazım olan silahları əldə etməkdə problem yaşadıqlarını açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, iqtisadi islahatlarla bağlı təşkil olunmuş konfransa çıxış edən Baş nazir dövlət xərclərinin artdığı səbəbindən İŞİD-lə mübarizənin çətinləşdiyini bildirib.

O, bu əsnada neft qiymətlərinin azalması məsələsinə də toxunub: "Dövlət neft istehsalının gündəlik 8 milyon barelə çatacağını güman edirdik. Lakin bu baş tutmadı. Hazırda həm iqtisadi, həm də maliyyə problemləri ilə mübarizə aparırıq. Burda İŞİD faktorunun da olması vəziyyəti daha da çətinləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə