Avstraliyanın rabitə naziri Malkolm Ternbull baş nazir postunda Toni Abbotu əvəz edəcək. Bu, hakim Liberal Partiyası deputatlarının keçirdikləri səsvermə nəticəsində məlum olub. TASS informasiya agentliyi xəbər verir ki, səsvermə zamanı Malkolm Ternbull 54, Toni Abbot isə cəmi 44 faiz səs toplaya bilib.
Beləliklə də Malkolm Ternbull hakim partiyanın lideri olub və yaxın zamanlarda hökumət başçısı qismində and içməlidir. Daha sonra, bu həftə o, yeni nazirlər kabinetini də təqdim etməlidir.
Qeyd edək ki, Malkolm Ternbull artıq bir dəfə müxalif Liberal Partiyasının lideri seçilsə də, 2009-cu ildə belə bir səsvermə nəticəsində bu postu Toni Abbota təhvil verməyə məcbur olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB