Almaniyanın qaçqın limiti

Almaniya bu il 1 milyonadək qaçqın qəbul edə bilər. Anadolu agentliyi xəbər verir ki, Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) lideri Sigmar Gabriel bu qənaətdədir. O bildirib ki, proseslərdə yeni yaşanan inkişaflar nəticəsində Almaniya bu il hökumətin açıqladığı kimi 800 min yox, 1 milyon qaçqını qəbul edə bilər.

"Almaniyada sığınacaq axtaran şəxslərin müraciəti qəbul edilənə kimi ölkədə qala bilərlər", - deyə S.Gabriel qeyd edib.

Almaniya hökuməti avqustun 19-da bu ilin sonuna kimi ölkəyə 450 min yox 800 min qaçqının qəbul ediləcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə