Yunanıstan xəbərdarlıq etdi Avropa çökür

Yunanıstan xəbərdarlıq etdi Avropa çökür

Yunanıstanın təcrübəli analitiki, ekspert Efi Tiri Avropanın çox böyük və qarşısıalınmaz bir böhranın astanasında olduğunu açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, analitik bildirib ki, bu sadəcə iqtisadi böhran deyil, eyni zamanda miqrantların Avropaya axın etməsi də çox böyük problemlərə səbəb olacaq.

Onun sözlərinə görə, Avropa miqrant böhranı qarşısında artıq indidən çarəsiz vəziyyətdə qalıb. Tiri qeyd edib ki, bu son beş ilə nəzər salsaq Avropanın üzləşdiyi iqtisadi və siyasi böhranı daha dərindən müşahidə edə bilərik.

Ekspert bildirib ki, Avropa ölkələrinin yaşadığı bu böhran onların məntiqli düşünən bir rəhbərinin olmamasından irəli gəlir. Tiri Avropanı iki yerə ayırıb: İqtisadi problemlərdən əziyyət çəkən ölkələr və miqrant böhranı ilə üzləşən dövlətlər.

Bütün xəbərlər Facebook səhifəmizdə