Mitinqdə 40 mindən-100 minə qədər insanın toplaşdığı deyilir
Kişinyovda etiraz aksiyası

Bu gün Moldovada kütləvi etiraz aksiyası keçirilib. Hadisə Kişinyovda hökümət binasının qarşısında baş verib. Xarici KİV-lərin xəbərinə əsasən, mitinqə toplaşanlar hökümətdən güzəştlərin olunmasını tələb ediblər.

Hadisə iştirakçılarının sözlərinə görə, mitinq edənlərin təklifləri əvvəlcə parlament tərəfindən təsdiq ediləcək. Daha sonra Moldava prezidenti də danışıqlara qoşulacaq. Ancaq, xarici mənbələr qeyd edirlər ki, etiraza əsas tələb hökümətin vaxtından əvvəl istefa verməsi və yeni prezident seçkilərinin keçirilməsidir.

Müxtəlif məlumatlarda mitinqdə 40 mindən 100 minə qədər insanın toplaşdığı deyilir.




Bundan əvvəl də Millət Məclisi qarşısında etiraz aksiyası keçirilib. Aksiyanın növbəti günü Moldova hakimiyyəti ölkədən Rusiya jurnalistləri çıxarmağa başlayıb.Həmin vaxtdan ümumiyyətlə jurnalistlərin giriş-çıxışında problemlər var. Hətta, hava limanında jurnalistlərdən birinin kamerası əlindən alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə