Şotlandiyada gecə ayini və səssiz yürüş keçiriləcək

Suriyalı qaçqınlar üçün
Şotlandiyada gecə ayini və səssiz yürüş keçiriləcək

Şotlandiyanın paytaxtı Edinburqda suriyalı müharibə qurbanları və qaçqınlar üçün həmrəylik nümayiş etdirmək məqsədilə gecə ayini və səssiz yürüş keçiriləcək. Aksiyada minlərlə insanın iştirakı gözlənilir. Səssiz yürüş, eyni zamanda, Qlazqo, Dandi, Şetlənd, Orkney və digər şəhərlərdə də keçiriləcək. Aksiya gecə saatlarında şam yandırma mərasimi ilə davam edəcək.

"Avropa Suriyanı görür" adlandırılan bu cür aksiyaların Avropanın müxtəlif bölgələrində təşkil edilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə