İsveç bu il 90 minə yaxın qaçqın qəbul edəcək. Bu barədə İsveçin İmmiqrantlar İdarəsinin müdiri Anders Danielsson qurumun internet saytında yaydığı açıqlamasında məlumat verib. O, cari ilin sonuna kimi ölkəyə 90 min sığınacaq axtaran şəxsin gələcəyini və bununla bağlı hökumətdən 5 illik müddətində 18 milyard kron (2 milyard avro) əlavə büdcə tələb etdiklərini deyib. A.Danielsson qaçqınların çoxunun suriyalı olduğunu bildirib.
Bu ilin ilk 7 ayında isə İsveçdə sığınacaq axtaranların sayı 74 min olub. İdarənin hesabatına görə, keçən il ölkəyə 81 min 300 qaçqın gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB