ABŞ Prezidenti Barak Obama Rusiyanın Suriyanın dövlət başçısı Bəşər Əsədə dəstək olmasını böyük siyasi səhv adlandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Obama Meriland əyalətində hərbi heyətin suallarını cavablandırarkən bildirib ki, Rusiya çox səhv strateji siyasət seçib.
Obama vurğulayıb ki, Rusiya bu səhv strateji siyasətinə davam edə bilməyəcək. O, Rusiyanın bölgədəki proseslərə həddən artıq çox qarışmasını və İŞİD-lə danışıq aparma istəyini çox təhlükəli bir addım kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB