Kəbədə qaldırıcı kran aşdı 107 ölü, 238 yaralı (FOTOLAR)

Kəbədə qaldırıcı kran aşdı 107 ölü, 238 yaralı (FOTOLAR)

"Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 87 nəfər ölüb, 180 nəfər xasarət alıb. SİA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının mülki müdafiə rəsmisi bildirib. Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlmanların müqəddəs ziyarətgahı olan "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində məscidin divarlarından biri dağılıb.

Hadisə nəticəsində təqribən 10 nəfərin öldüyü, 20 nəfərin xəsarət aldığı bildirilir. Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər. Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.

Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə