Səudiyyə Ərəbistanı Almaniyada tənqid atəşinə tutulub

Səudiyyə Ərəbistanı Almaniyada tənqid atəşinə tutulub

Almaniyaya axışan müsəlman miqrantlar üçün Avropa ölkəsində öz hesabına 200 məscid tikmək təklifi irəli sürən rəsmi Ər-Riyad kəskin ictimai qınaqla qarşılaşıb. "Focus-online" saytı xəbər verir ki, Səudiyyə rəhbərliyi böhranlı vəziyyətdə milliyyətcə ərəb olan minlərlə qaçqına sığınacaq qapısını açmir və əvəzində külli miqdarda vəsaiti havaya sovuran təkliflərlə çıxış edir. Bu səbəbdən Almaniya mətbuatında Ər-Riyad qınaq obyektinə çevirib. Əvəzində Səudiyyə Ərəbistanına təklif edilib ki, Avropanın mərkəzində məscid inşa etməkdənsə, ərəb köçkünlərə sığınacaq verilməsi daha məqsədəuyğun olar.

Xristian Sosialist və Xristian Demokratik İttifaqının (CDU/CSU) partiya fraksiyasının daxili siyasət üzrə iş qrupunun spikeri Ştefan Mayer deyib ki, varlı ərəb ölkəsi həmrəylik nümayiş etdirib, çox sayda miqrant qəbul etmək gücünə sahibdir. Onun sözlərinə görə, rəsmi Berlinın məscid tikmək üçün hər hansı bir dövlətin ianəsinə ehtiyacı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə